Əlaqə Arxiv
news Image
2014.04.19
20:00
| A A A
Qatıq - infeksiyalara qarşı

Süfrələrimizdən əskik olmaya qatığın xəstəlik və infeksiyalarla mübarizədə böyük əhəmiyyəti olan T hüceyrələrini daha güclü və aktiv hala gətirdiyi, içindəki "dost" bakteriyaların da mikroblarla "döyüşərək" immun sistemini gücləndirdiyi təsbit edildi.

Müxtəlif xarici universitetlərdə aparılan tədqiqatlar zamanı qatığın insanın sağlamlığı baxımından müxtəlif faydaları olduğu təyin olunub. Cəmi 2197 nəfər üzərində aparılan təcrübə zamanı qatıqdan çox istifadə edən şəxslərdə yüksək təzyiq riskinin aşağı olduğu aşkar edilib. 


Təcrübəyə əsasən, gün ərzində 3-4 boşqab qatıq yemək immunitet sistemi üçün əhəmiyyət kəsb edir. Qatıq xəstəlik və infeksiyalarla döyüşdə rol oynayan T hüceyrələrini daha güclü və aktiv hala gətirir. Qatığın içindəki "dost" bakteriyalar isə mikroblarla döyüşərək immunitet sistemini gücləndirir.

Təcrübə zamanı az kalorili pəhriz saxlayanların pəhrizlərinə qatıq əlavə edilıb və gün ərzində 3 dəfə yağsız qatıq yeyənlərin qatıqsız pəhriz saxlayanlarla müqayisədə 62 faiz daha çox yağ yandırdığı və arıqladığı aşkar edilib.         


Qatıq həzmi asanlaşdırır və tərkibində də yüksək dərəcədə kalsium, zülal var. Həm pəhrizdə olanların, həm də sağlam insanların gündə 3 boşqab qatıq yemələri lazımdır (bir boşqab təxminən 200 qramdır).Bir nəfər gün ərzində təxminən yarım kq qatıqdan istifadə etdiyi zaman ehtiyacı olan kalsiumu, orqanizminə lazım olar zülalı da əldə etmiş olur. Uşaqlar isə səhərlər mütləq süd içməlidir.


 Qatıq bağırsaqları rahatladır, yüksək təzyiqi balanlaşdırır. Buna görə də xüsusilə təzyiq xəstələri pəhriz zamanı mütləq qatıqdan istifadə etməlidirlər. Piylənmə, təzyiq, immunitet, ürək-damar xəstələri pəhriz saxlayarkən gün ərzində 2-3 boşqab qatıq yeməlidir. Ən gözəl seçim isə evdə hazırlanmış qatıqdan istifadə etməkdir. Belə qatıqlar daha çox faydalıdır. Çünki südlər pasterizə edilərkən bir sıra bakteriya itkisinə məruz qalır. Evdə çalınan qatıqlarda isə bu hallar müşahidə edilmir.

Sizin Reklam Yeriniz