Əlaqə Arxiv
news Image
2014.04.22
17:00
| A A A
Yalannan xərçəng olduğunu dedi, 20 min dollar pul yığdı

ABŞ-da 35 yaşındakı bir qadın ölümcül bağırsaq xərçəngi olduğunu söyləyərək özü üçün düz 20 min dollar pul yığa bilib. Lakin qadının əslində xərçəng xəstəsi olmadığı meydana çıxdıqda gənc qadın həbsə atılıb.


Movqe.Az xəbər verir ki, Mindi Taylor ölmək üzrə olduğu yalanına ərini, 7 yaşındakı kiçik qızını belə inandırıb.


Ailəsi və yoldaşları o qədər kədərli idi ki, gənc qadın üçün bir internet səhifəsi açılıb. O ünvandan qadının müalicəsi üçün hədiyyə toplanırdı. Bağırsaq xərçəngi olduğu yalanına hər kəsi inandıran Mindi Taylor öz anasını belə aldada bilib. 


Belə ki ölümcül xəstəliyi olduğuna inanılan qadın üçün pul yığmaq üçün təşkilatlar təşkil edilib , Mindi adına xüsusi köynəklər satılıb.


Öz əri belə arvadının ölmək üzrə olduğuna inanıb. 7 yaşındakı qızını belə aldadan Mindi Taylor üçün hər şey çox yaxşı gedən vaxt hadisələr tərsinə dönüb.


Mindi ilə əlaqədar bir xəbəri oxuyan şəxs qadın üçün pul axtaran şirkəətlərə onun böyük bir yalançı olduğunu, sağlamlığının çox yaxşı vəziyyətdə olduğunu söyləyərək qadının hesabatlarının nəzarət edilməsini istəyib.


Mindi Taylor indi oğurluq və fırıldaqçılıq təqsirlərindən mühakimə olunacaq.

Sizin Reklam Yeriniz