Əlaqə Arxiv
news Image
2014.04.26
10:07
| A A A
Hər gün bir fincan kofe diabet riskini azaldır
ABŞ alimləri maraqlı bir araşdırma aparıb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, araşdırmaların nəticələrinə əsasən, hər gün bir fincan qəhvə diabet riskini azaldır. Alimlər deyir ki, 4 il müddətinə hərgün 1 fincan qəhvə gələcəkdə diabet olmaq riskini 11 % aşağı salır.

Eyni zamanda qəhvədən imtina etmək diabetə yaxalanmaq riskini 17% artırır. Bu nəticəni əldə edə bilmək üçün alimlər 50 mindən çox insan üzərində müşahidə və təcrübə aparıblar. 

Qeyd etmək lazımdır ki, təzyiqi yuxarı olanlara qəhvə məsləhət deyil. Çünki, qəhvənin tərkibindəki kofein təzyiqi qaldıran vasitədir.

Xatırladaq ki, bundan əvvəlki araşdırmalar hər gen qəhvə içməyin insan orqanizminə mənfi təsir göstərdiyini aşkarlamışdı.
Sizin Reklam Yeriniz