Əlaqə Arxiv
news Image
2014.04.27
11:17
| A A A
İnstagram-dan möhtəşəm yenilik

Məşhur foto paylaşma tətbiqi Instagramın "kəşf et" funksiyası tamamilə dəyişib. 

Movqe.az xezerxeber-ə istinadən xəbər verir ki , İnstagram yeni xüsusiyyətini insanlar üçün daha əlverişli edib. 

İnstagramdakı yenilik tətbiqdə əhəmiyyətli bir dəyişikliyə səbəb olub. Belə ki, əvvəllər istifadəçilərə aid olan, təsadüfi düzülən və bəyənmə sayı yüksək olan fotoşəkillər "kəşf et" hissəsində olurdu.

Ancaq yeniləmə ilə birlikdə artıq bu hissəyə girənlər tanıya biləcəyi kəslərin fotoşəkilləriylə qarşılaşır. Məsələn, izlədiyiniz bir adamın siyahısında olan hər hansı bir istifadəçinin fotoşəkili bu hissədə yer alır. Beləliklə də İnstagram tez istifadə edilən bu xüsusiyyətinin istifadəsini asanlaşdırıb.

Sizin Reklam Yeriniz