Keçən il Ağdaşda inanılmaz hadisə baş verib. Qaradağlı kəndində
ilan bir qıza vurulub. Movqe.az anspress-ə istinadən məlumatına
görə, hər gün həyətə gələn ilan qızın həyətdə gördüyü bütün işləri
izləyir, onun yanında gəlib dayanır, qız sakit dayananda isə onun
boynuna sarılır, yanaqından dişləyir, ancaq zəhərləmirdi.
Qorxusundan ilanı hər dəfə üstündən atan qızdan ilan əl çəkmirdi.
Gah əlinə, gah ayağına sarılan ilanın qorxusundan qızın hər dəfə
ürəyi gedirdi. Yerə uzanmış qızın yanında dayanan ilan, sadəcə,
qızın sifətinə baxır və onun ayılmasını gözləyib.
Qəribəsi odur ki, İlanı qızdan başqa heç kim görə bilmirdi. Rayon
icra hakimiyyəti xüsüsi ilantutan gətizdirir. Lakin ilantutan ilanı
tutmağın çətin olacağını deyir. İlan qırmızı rəngdədir və digər
ilanlardan bir az seçilirdi.
Dəfələrlə özünü öldümək istəyən qız qorxu içində yaşayırdı. İlan,
sadəcə, qız tək olduğu anda onu yanına gəlirdi.
Hesab edilir ki, vaxtı ilə həmin qızı sevən bir oğlan olub, qızı
oğlana vermədikdən sonra oğlan çıxıb gedib və bir daha o oğlanı
görən olmayıb. Kənddəki dedi-qoduya görə bu həmin oğlanın
sevgisidir. Sonradan ilan qeybə çəkilib.