Əlaqə Arxiv
news Image
2014.04.28
22:20
| A A A
Azadlıq prospektində hərəkət məhdudlaşdırılacaq

Paytaxt Bakının Azadlıq prospektində nəqliyyat vasitələrinin hərəkəti bu gecə məhdudlaşdırılacaq.


Movqe.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Azadlıq prospektində (Ə.Naxçıvani küçəsi ilə kəsişmədən Binəqədi şossesinə qədər) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Binəqədi şossesində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırıldı.


Təmir işlərini "Azəryolservis" ASC həyata keçirir.


Qeyd edək ki, bu gün səhər saatlarında Bakının ən böyük prospektlərindən biri olan "Nobel" prospektində uzun tıxac yaranıb. Tıxac "Nargilə" kafesinin yanından başlayıb.

Sizin Reklam Yeriniz