Əlaqə Arxiv
news Image
2014.04.30
18:18
| A A A
"LG"dən yeni telefon

LG , son vaxtlar haqqında bir çox söz-söhbət çıxan növbəti admiral gəmisi G3-ün təqdimat tarixini açıqlayıb və mətbuat mənsublarına dəvətnamələr göndərməyə başlayıb.


Movqe.Az xəbər verir ki, LG ilk dəfə ağıllı telefonu üçün dünyanın müxtəlif şəhərlərində eyni vaxtda təqdimatlar reallaşdıracaq.


 LG G3 London , Nyu-York və San Fransiskoda 27 mayda ; Seul , Sinqapur və İstanbulda isə 28 mayda tanıdılacaq.



"LG G3"ün 2560x1440p ekrana və inkişaf etmiş OIS xüsusiyyətinə sahib olacağı bilinir. Söz-söhbət olaraq qulağımıza gələn texniki xüsusiyyətlər isə bu şəkildə sıralanır : 5,5 düym ölçüsündə ekran , Snapdragon 801 prosessor , 13MP və ya 16MP həllolma əmsalı arxa kamera , daha güclü batareya , 3 GB yaddaş və microSD kart dəstəyi .

Sizin Reklam Yeriniz