Əlaqə Arxiv
news Image
2014.05.01
17:36
| A A A
"Samsung S5"də xəta etirafı!

"Samsung"un ən yeni ağıllı telefonu "Galaxy S5"də kamera səhvi olduğu ortaya çıxıb. Firmanın şərhinə görə bu səhv məhdud sayda telefonda görülüb.

 

Movqe.Az xəbər verir ki, mobil telefonu sektorunun ən əhəmiyyətli adlarından olan Samsungun ötən günlərdə satışa təqdim edilən ən yeni modeli "Galaxy S5"in bəzi modellərində kamera problemi olduğu ortaya çıxıb.

 

Camera Failed - Kamera Səhvi xəbərdarlığıyla ortaya çıxan problem ucbatından telefonla video qeydi və ya  fotoşəkil çəkilişi edilə bilmir. Firmanın da qəbul etdiyi problem telefon kamerasının çalışmamasına səbəb olur.

 

Problemin ABŞ xaricindəki bəzi ölkələrdə də göründüyünü açıqlayan Samsung , bu ölkələrin hansı olduğu mövzusunda məlumat verməyib. 

Sizin Reklam Yeriniz