Əlaqə Arxiv
news Image
2014.05.02
17:40
| A A A
Bu ölkədə oruc tutmaq məcburidir

Cənub-Şərqi Asiya ölkələrindən Bruneydə şəriət hökmləri cəza qanunu olaraq qəbul olunub. Oruc tutmayan və namaza getməyənlərə həbs və ya pul cəzaları veriləcək. Həyat yoldaşını aldadan isə daşlanaraq öldürüləcək .


Bruney Sultanı şəriətə keçiddə üç mərhələli bir plan nəzərdə tutur. Qüvvəyə minən ilk mərhələdə Ramazanda oruc tutmayan və cümə namazına qatılmayanlara pul və ya həbs cəzası nəzərdə tutulur.


Qırmanc və ya üzv kəsmə cəzaları ikinci mərhələdə tətbiq olunacaq. 


Üçüncü mərhələdə isə şəriət çərçivəsində ölüm cəzaları verilməyə başlanacaq. Yekun mərhələdə müsəlmanların evlilik xarici cinsi əlaqələri , yoldaşını aldatma , Qurana təhqir və İslamı tərk etmək ölümlə cəzalandırılacaq.


Bruneydə indiyə qədər bəzi sahələrdə İngilis müstəmləkə dövründən qalma tənzimləmələr , ailə hüququnu əhatə edən mövzularda isə şəriət qanunları tətbiq olunurdu. 

Sizin Reklam Yeriniz