İlk “3G” rabitə fikri azərbaycanlıya aiddir (VİDEO)
"3G" (3-cü nəsil naqilsiz və görüntülü rabitə)
sisteminin dünyada cəmi bir neçə illik tarixi olsa da, azərbaycanlı
rejissor ötən əsrin ikinci yarısında çəkdiyi filmdə buna bənzər
rabitədən məharətlə istifadə edib. Movqe.az ANS PRESS-ə istinadən
xəbər verir ki , söhbət görkəmli rejissor Əlisəttar Atakişiyevin
1977-ci ildə çəkdiyi "Qərib Cinlər diyarında" filmindən
gedir.
Qeyd edək ki, uzun müddət cinlərin arasında yaşayan filmin qəhrəmanı Qərib yaşadığı dünya və qohumları üçün darıxır və onları görmək üçün yollar axtarır. Bu işdə ona filmdəki Küpəgirən qarı obrazı yardım edir. Qərib Küpəgirənin xüsusi yerə qoyduğu qabda anasını, qardaşını və sevgilisini görür.
Burda Küpəgirənin qabı noutbuk, onun qoyulduğu yer isə Wi-fi zone kimi qəbul edilə bilər. İbtidai şəraitdə yaradılan bu rabitə vaxtı tərəflər arasında danışıq əlaqəsi olmsa da, bunu texnologiyanın ilk mərhələsi kimi qəbul edə bilərik.