Əlaqə Arxiv
news Image
2012.06.27
12:57
| A A A
Çin: ”Təcavüzə qarşı qapalı geyin”
Movqe.Az xəbər verir ki, Çində  yerləşən Şanxay metrosu rəhbərliyinin, "Açıq geyinən qadınlar təcavüzə məruz qala bilər" başlıqlı  mesaj yayması böyük reaksiyalara səbəb olub. Çində "Twitter" kimi istifadə edilən "Weibo"da metro rəhbərliyi tərəfindən ötən həftə yayımlanan  mesajda sinəsi açıq paltarlar geyinən bir qadın fotoşəklinin altına "Belə geyindikləri müddətcə  təcavüzə məruz qalmaları heç də təəccüblü deyil" sözləri yazılıb. Çox keçmədən rəhbərliyə qadınlar tərəfindən cavab verilib. Belə ki, qadınlar əllərində pakatlarla  metroda nümayiş keçirib. Plakatlardan birində, "Mən cilvəli ola bilərəm, lakin sən məni təhqir edə bilməzsən" sözləri yazılıb. Metro rəhbərliyi sonradan yazdığı bir mesajda "bizim məqsədimiz xanımlara "nəzakətli bir xatırlatma etməkdən başqa bir şey deyildir" deyə cavab verib.
Sizin Reklam Yeriniz