Əlaqə Arxiv
news Image
2014.05.07
11:32
| A A A
Bil Qeytsin taxtı silkələndi

"Microsoft"un qurucu ortağı Bil Qeyts indiyə qədər Microsoftun ən çox hissəyə sahib ortağı olaraq şirkət içindəki yerini qoruyurdu. Lakin bir müddətdir, qurduğu vəqfə fikrini yönəldən Qeyts, bu vəqfə qaynaq yaratmaq üçün Microsoft hissələrini az-az satmağa başlamışdı. Onun planlarına görə, bir neçə ilə qədər Microsoftdakı hissələrini tamamilə satıb şirkət ortaqlığından çəkilmək də olduğu deyilir.


Movqe.Az xəbər verir ki, bu plan çərçivəsindən 4.6 milyon hissə də satan Bil   Qeyts beləcə 330.1 milyon hissəylə artıq şirkətin ikinci böyük ortağı mövqeyinə düşüb. Birinci isə 333 milyon hissə ilə keçmiş direktor Stiv Ballmer olub. 


Lakin Qeyts, hissələrini satsa belə, başqa şirkətlərdəki ortaqlıqları və müxtəlif investisiyaları sayəsində, hələ də dünyanın ən zəngin insanı mövqeyini qoruyur.

Sizin Reklam Yeriniz