Əlaqə Arxiv
news Image
2012.06.27
13:46
| A A A
“Big Ben”in adı dəyişdi

Movqe.Az xəbər verir ki, ingilis parlamentarilər İngiltərə Kraliçası 2-ci Elizabetin taxta oturmasının 60 illiyi münasibəti ilə qüllənin adının ''Elizabet Qülləsi'' olmasına təsdiq edib.

Temza çayının sahilində olan tarixi ingilis parlamentinin parçası olan qülləyə kraliçanın adının verilməsini Mühafizəkarar Partiyasının nümayəndəsi millət vəkili Tobias Ellvud təklif etmişdi.

Təklif aralarında İngiltərə Baş naziri David Kameron, baş nazirin köməkçisi Nik Kleqq və müxalifətdəki İşçi Partiyasının lideri Et Milibandın da olduğu millət vəkillərinin yarısından çoxunun təsdiqini alıb.

''Westminster hall'' olaraq da tanınan parlamentin bir hissəsinin yenidən adlandırılması İngiltərədə ilk hadisə deyil. Saray 1860-cı ildə yenidən tikildiyində, qərbindəki qülləyə ölkə 63 illik hakimiyyətə sahib olan ən uzun monarxı olan Kraliça Viktorianın adı verilmişdi.

Sizin Reklam Yeriniz