Samsung "Galaxy S5"in satış rəqəmləri açıqlandı
Samsung fevral ayının sonunda tanıtdığı admiral gəmisi ağıllı
telefon modeli "Galaxy S5"i aprelin əvvəlində satışa təqdim
etmişdi. Bu tarixdən bir müddət əvvəl Cənubi Koreyada satışa təqdim
edilməsi ilə bağlı məlumatlar gəlmişdi. Movqe.Az xəbər verir ki,
telefon təchizat xüsusiyyətləri , suya dözümlü quruluş , barmaq izi
və ürək ritm təqib edən sensoru kimi xüsusiyyətlərlə diqqət
çəkmişdi. Galaxy S5 , 5.1 " böyüklüyündə və 1920 × 1080 piksel Full
HD Super AMOLED sensorlu ekran , 2GB sistem yaddaşı , 16GB/32GB
daxili məlumat tutumu , 2.5Ghz dörd nüvəli prosessor ehtiva edən
Qualcomm Snapdragon 801 chipset , 16MP arxa kamera , 2MP ön kamera
, Google Android 4.4.2 KitKat mobil əməliyyat sistemi kimi
xüsusiyyətlərlə gəlir. "Galaxy S5"in ölkəmizdəki telefon
mağazalarındakı qiyməti isə 699 manatdır.