Əlaqə Arxiv
news Image
2014.05.13
18:45
| A A A
Filə oxşayan dovşan balası

Qəzzanın Xan Yunus şəhərində dünyaya gələn fil balasına oxşayan dovşanlar cəmi1 gün yaşayıb. 


Dovşanların sahibi 23 yaşlı Cihad Əbu Mur , şəkli və rəngiylə fil görünüşündə olan dovşan balalarının dünyaya gəldikdən bir gün sonra öldüyünü söyləyib. 

 

 Əbu Mur, ötən gün dünyaya gələn 11 baladan 3-ün xortumu xatırladan burunları, böyük qulaqları, qısa quyruqları və boz rəngləriylə dovşan balasından çox fil balası görüntüsündə olduğuna diqqət çəkib. 

 

Qəzzadakı Fələstin hökuməti Kənd Təsərrüfatı Nazirliyi baytarlıq Xidməti baş direktoru Zəkəriyyə əl-Kefarine, dovşan balalarının belə dünyaya gəlməsinin səbəbinin, ana dovşanın, hamiləliyi əsnasında tutulduğu xəstəlik nəticəsində yaranan genetik pozuqluğun nəticəsi ola biləcəyini bildirib.

Sizin Reklam Yeriniz