Əlaqə Arxiv
news Image
2014.05.13
19:39
| A A A
"NASA"dan pis xəbər

ABŞ Kosmos və Aviasiya Dairəsinin ( NASA ) liderliyində edilən araşdırma , Qərbi Antarktikada əriyən buzlaqların geri dönülməz şəkildə çəkildiyini və əriməyə heç nəyin maneə olmadığını  iddia edib.


Movqe.Az xəbər verir ki, Aaraşdırma çərçivəsində 40 il müddətində Amundsen Körfəzində altı böyük buzlaq axıntısı üzərində aparılan müşahidələr araşdırılıb və hazırda heç nəyin buzlaqların əriməsini dayandıra bilməyəcəyi qənaətinə gəlinib. 


Elm adamları , buzlaqların həqiqətən yox olması halında , qlobal dəniz səviyyəsinin 1 metr 20 santimetr yüksələcəyi fikrini söyləyib.


Professor Eric Rignotnun verdiyi məlumata görə , ilıq okean suyu buzlaqların ön cəbhələrini dayanmadan aşındırır.



Amundsen Körfəzi , dünyanın ən böyük və ən sürətli hərəkət edən bəzi buzlaqlarına sahibdir.

Sizin Reklam Yeriniz