Əlaqə Arxiv
news Image
2014.05.14
13:45
| A A A
Papa yadplanetlilərdən danışdı
Katolik dünyasının ruhani lideri Papa Françisin Vatikanda hər bazar ertəsi günü etdiyi çıxışı ölkənin müxtəlif bögələrdəki din məktəblərindən gələn keşiş namizədləri də dinləyib.Movqe.Az xəbər verir ki,  Papa Françis yadplanetlilərlə əlaqədar bir suala "Əgər Marsdan bir yadplanetli çıxıb Vatikana gəlsə və mənə Katolik olmaq istədiyini söyləsə  bunu qəbul edər və onu vəftiz edərəm. Onları insanlardan ayırmaram. Çünki xristian olmaq istəyən birini rədd etmək insana verilən bir haqq deyil. Yadplanetlilərin dinimizi seçməsi də Allahın işi olar. "deyib. Papa Françis yadplanetliləri yaşıl rəngdə böyük burunlu və böyük qulaqlı olaraq xəyal etdiyini də söyləyib. Vatikan 2003-cü ildə yadplanetlilərin katolik olmağı tələb etdiklərində vəftiz edilə biləcəklərini, çünki hansı şəxsiyyətdə olsa da ruh daşıyan hər canlının vəftiz edilmə haqqı olduğunu açıqlamışdı.
Sizin Reklam Yeriniz