Əlaqə Arxiv
news Image
2012.06.28
18:51
| A A A
Tutanxamonun niyə öldüyü ortaya çıxdı-FOTOLAR

Movqe.Az xəbər verir ki, Misirin məşhur fironu Tutanxamonun doğuşdan yarıq dodaqlı və yumru ayaqlı olduğu və qızdırmadan daim yanan qırıq qıçının təsirindən öldüyü açıqlanıb.

Tutanxamonun mumiyasıyla 15 qohumunun mumiyaları üzərində aparılan və 2 il davam edən DNT analiziylə kompüterli tomoqrafiyasının nəticələri, bu gün "The Journal of the American Medical Association" jurnalında nümayiş olunacaq. Nümayişdə Tutanxamonun soyu da açıqlanacaq.

Tətdiqatda Tutanxamonun atasının böyük ehtimalla firon Akhenaten, anasının da Akhenatenin hələ şəxsiyyətinin təyin olunmadığı bacısın da olduğu ifadə edilir.

Hələ 10 yaşındaykən, b.e.ə 1333-cü ildə taxta çıxan və yalnız 9 il ölkəni idarə edə bilən Tutanxamonun məzarı, içindəki möhtəşəm xəzinəylə birlikdə 1922-ci ildə tapılmışdı.

Uzun zamandır, uşaq firon Tutanxamonun niyə bu qədər erkən öldüyünə dair fərziyyələr səsləndirilirdi.

Son kompüter tomoqrafiya və DNT analizləri, onsuz da doğulandan xəstə olan fironun, qırıq qıçında fəsadların olmasını və beyin qızdırmasının müşahidə edilməsini ortaya qoydu.

Araşdırmaçılar Tutanxamonun bir çox narahatlığının olduğunu, gənc olmasına baxmayaraq dayanıqsız olduğu və çəliklə gedə bildiyi açıqlayıblar.

Tutanxamonun atası kimi yarıq dodaqlı və babası kimi yumru ayaqlı olduğu, xüsusən də qan dövranın olmaması səbəbindən sol ayaq sümüyünün yavaş-yavaş fəaliyyətsizləşməsinə gətirib çıxaran Koler xəstəliyinə sahib olması məqalədə göstərilir.


Tutanxamonun nənəsi



Tutanxamonun anası


Sizin Reklam Yeriniz