Əlaqə Arxiv
news Image
2014.05.20
18:45
| A A A
54 qramlıq körpə sağ qaldı

Şotlandiyanın paytaxtı Edinburghda hələ 24 həftəlik dünyaya gələn Emili Kressey , xüsusi örtüyə qoyularaq müalicə altına alınıb. Həkimlər erkən doğum səbəbiylə bədəni tam inkişaf etməyən körpəni bu örtüyə qoyaraq ana qarınına bənzər şərtlərdə mühit meydana gətirməyi bacardıqlarını söyləyib.

Bu sayədə süni şəkildə baxılan körpənin , bədən inkişafını tamamlamağı bacardığı açıqlanıb.

Emilinin anası Klaire Cressey etdiyi şərhdə , "Çox istədiyimiz dördüncü uşağımızın normal şərtlərdə 16 iyunda doğulmasını gözləyirdik. Amma onun başqa planları olub. 23 fevralda doğum sancılarım başlayanda şok oldum. O, yalnız 54 qram doğulub. Doğulan kimi həkimlər onu soyuducu örtüyə qoyaraq bədən istiliyini təmin edə bildi " deyib. Hazırda 3 aylıq olan körpənin 54 qramdan 2 kiloya çıxdığı və sağlamlığının yerində olduğu deyilib.

Sizin Reklam Yeriniz