Əlaqə Arxiv
news Image
2014.05.23
11:23
| A A A
Uşaqların ürəyinə nəzarət edən kardioloji futbolkalar hazırlanıb

İtaliyanın Turne şəhərindəki xəstəxananın kardiologiya bölməsinin kiçik yaşlı pasientləri xüsusi futbol köynəkləri geyir. 

Movqe.az xarici mətbuata istinadən məlumat verir ki, həmin geyimin yardımı ilə həkimlər uşaqların ürək fəaliyyətinə nəzarət edirlər.


Yeni texnologiyadan istifadə edən uşaqların xəstəxanaya yerləşdirilməsi vacib deyil. 

Futbolkaların yardımı ilə həkimlər onların bədən temperaturunu, tənəffüs tezliyini, ürəyin işləməsi və başqa göstəriciləri uzaqdan izləyə bilirlər.


Hazırda yalnız iki belə köynək var. Gələcəkdə onların sayının 150-ə çatdırılacğı ehtimal olunur.

Mənbə bildirib ki, "kardioloji" futbolkanın ən yaxşı xüsusiyyəti onun adilərdən fərqlənməməsidir. Belə köynəkləri yumaq və məhdudiyyət qoymadan istifadə etmək olar. 

Sizin Reklam Yeriniz