Əlaqə Arxiv
news Image
2014.05.23
19:36
| A A A
Məşhur aktrisa qamçılanacaq?

Fransadakı Cannes Film Festivalı əsnasında festival başçısını yanağından öpərək salamlayan İranlı aktrisa Leyla Hataminin həbs edilməsi və qamçılanaraq cəzalandırılması üçün məhkəməyə müraciət edilib.


Hizbullah Şagirdləri adlı bir qrupun İran məhkəmələrinə etdikləri müraciətdə , Hataminin festival başçısı Gilles Jacobu öpərək İslami qanunları tapdaladığı və məşhur aktrisanın cəmiyyət qarşısında qırbaçlanarak cəzalandırılmasını tələb edib. Müraciətdə cəmiyyət daxilində bir kişini öpməyin İslami cəza qanununa görə həbslə cəzalandırılması lazım olduğuna da diqqət çəkilib.

 

İrandan gələn reaksiyalara Jacob bir açıqlama yayaraq Hatamiyi öpərək pis niyyəti olmadığını söyləyib.

Məşhur rejissor Əli Hataminin qızı Leyla Hatami , 2012-ci ildə Ən Yaxşı Xarici Film Oskarını qazanan "Ayrılıq" filmindəki roluyla beynəlxalq məşhurluğa qovuşmuşdu.

Qızıl Palma jürisinin 5 qadın üzvündən biri olan Hatami İranda yaşayır.

Sizin Reklam Yeriniz