Əlaqə Arxiv
news Image
2014.05.26
13:45
| A A A
"Google Skybox Imaging"ı satın aldı

Satınalma cəhdlərinə hər gün yenisini əlavə edən "Google" , bu dəfə  peyk göstərmə firması "Skybox Imaging"u satın almağa çalışıb. Movqe.Az xəbər verir ki, firma , qısa müddət əvvəl "Translate"i (Tərcümə ) inkişaf etdirib , yaxşılaşdırmaq məqsədiylə "Word Lens"i satın almışdı. Google , "Skybox"un dünyanın fərqli yerlərində olan peyklərini istifadə edərək istifadəçilərinə real vaxtı olan, daha ətraflı xəritə görüntülərini təqdim etməyi məqsəd qoyur .


"TechCrunch"un üç fərqli qaynağa əsaslanan xəbərinə görə Google , "Skybox'"u almaq üçün təxminən 1 milyard dollar ödəyəcək. Firmalar arasındakı müqavilələrin tamamlanmaq üzrə olduğu da gələn xəbərlər arasındadır. Lakin iki firmadan da mövzuyla əlaqədar rəsmi şərh və ya bildiriş edilməyib. Skybox , 2012-ci ildə 70 milyon dollarlıq bir sərmayə nəticəsində 500-700 milyon dollar arasında dəyər əldə etmişdi.


Bir proqram təminatı və məlumat şirkəti də olan Skybox , kosmosdan görüntüləmə işini standart peyklərdən 20 dəfə daha kiçik peyklərlə edir. Bu səbəblə kosmosa çox sayda peyk ata bilir .

 Google qısa müddət əvvəl insansız hava vasitəsi ( drone ) istehsalçısı "Titan Aerospace"i satın almış və fəaliyyətlərini səmaya daşımağa qərar vermişdi.

Sizin Reklam Yeriniz