Əlaqə Arxiv
news Image
2014.05.27
14:18
| A A A
Eyni bədəni paylaşdılar və öldülər

Eyni bədəni və başı paylaşan əkizlər dünyasını dəyişib. Bu haqda Movqe.Az "Daily Mail"ə istinad edir. Avstraliyanın Sidney şəhərində 8 mayda diprozop (diprosopus) olaraq dünyaya öz açan və eyni orqanları istifadə edən əkizlər Simon Hovie və Rene Yanq adlı valideynlərin övladlarıdır. Əksər bədən üzvlərini birlikdə istifadə edən körpələrin ayrı-ayrı üz və beyinləri olsa da, kəllə sümüyləri eyni olub. Valideynlərin 7 ayrı övladı da var. Onlar Analar gününün əvvəlində dünyaya gələn və qısa ömür sürən körpələrini çox sevdiklərini bildirib. 

 Bu hal, SHH proteinlərindəki səhvlərdən meydana gəlir. SHH, normalda üz formalaşması və üzdəki ünsürlərin yerləşməsini təyin edən əhəmiyyətli bir zülaldır. Lakin ifrat dərəcədə olduqda, tək üz əvzinə, ikinci bir üzü meydana gətirməyə başlayır. Nə qədər çox ifraz olunsa, o qədər detallı ikinci üz meydana gələr.Əksinə, əgər SHH lazım olandan az ifraz olunsa, bu dəfə də üzdəki ünsürlərin tam inkişaf etməməsi və ya meydana gəlməməsi ilə təyin olunan siklopya xəstəliyi meydana gəlir. 

Sizin Reklam Yeriniz