Hamilələr yoga rekordu qırdı
Çinin Hunan əyalətindəki Juzizhou Parkında toplanan 505 hamilə
qadın, 37 dəqiqə 28 saniyə müddətində birlikdə yoga edərək
"Dünyanın ən çox iştirakçısı olan hamilə dərsi" rekordunu qırıb.
Movqe.Az xəbər verir ki, Guinness Rekordları müşahidəçilərinin
müşayətində yoga edən ən az 12 həftəlik hamilə olan 505 qadın,
Çangşa şəhərindəki parkda ötən gün bir araya yığışıb. Dünya
rekordunu qırmağı bacaran qadınların hamısı bənövşəyi rəngdə köynək
və yoga şalvarı geyinib.