Əlaqə Arxiv
news Image
2014.06.17
12:08
| A A A
Android 4.4.3 yeniləməsi problemlərlə gəlir

Google, Androidin son versiyası 4.4.3 -ü ötən həftələrdə Nexus cihazlara paylamağa başlamışdı. Əhəmiyyətli yeniliklər gətirməyən yeniləmə, yeni gələn bəzi hesabatlara görə səhvləri düzətməkdən çox, yeni problemlərə yol açıb.


Problemləri yaşayanların bütün Android 4.4.3 istifadəçiləri olmadığının vurğulamaqda fayda var. Android Origin-in hesabatına görə bəzi Nexus və Nexus 5 sahibləri, eyni zamanda Nexus 7 və Nexus 10 sahibləri, aşağıdakı problemlərdən birini və ya daha çoxunu yaşamağa başlayiblar:


- Wi-Fi əlaqə problemləri və 3G əlaqə problemləri


- Qəflətən yenidən başlama (xüsusilə Android 4.4.2 -də də eyni problemi yaşayan Nexus 4-də)


- Xəbərdarlıqlarda ortaya çıxan problemlər


- Batareya ömrü problemləri


- Google Play mağazasında ortaya çıxan müxtəlif problemlər


- Exhange ActiveSync-də ortaya çıxan, naməlum problemlər


- Müəyyən tətbiqlərdə, Android 4.4.2-də yaşanmayan problemlər


- Yeni Android çərçivəsində gecikmə (xüsusilə Nexus 5-də)


Google-ın bu problemləri düzəltmək üçün işləyib-işləməməsi isə bilinmir.

Sizin Reklam Yeriniz