Əlaqə Arxiv
news Image
2014.06.19
16:10
| A A A
Çin əhalisi getdikcə yaşlanır

Dünyanın ən çox əhalisi olan Çində, ölkə əhalisinin 9.7 faizinin 65 yaşı keçdiyi açıqlanıb. Çin Vətəndaşlıq İşləri Nazirliyi, ölkə daxilində 131,6 milyon nəfərin 65 yaşından böyük olduğunu, 60 yaşını keçmiş əhalinin isə 2013-cü ilin sonundan etibarən 202 milyonu ötdüyünü açıqlayıb. 2025-ci ilə qədər yaşı 60-ı ötmüş çinlilərin sayının 300 milyonu aşacağı təxmin edilir. Ölkədəki yaşlı əhali nisbətinin 2050-ci ilə qədər əhalinin 30 faizinə çatması gözlənilir. Dünyanın ən sürətli yaşlanan nüfuzlarından birinə sahib olan Çin, keçən il sosial xidmətlər üçün 430 milyard Yuen (təxminən 69 milyon ABŞ dolları) xərcləmişdi.

 

Sizin Reklam Yeriniz