Əlaqə Arxiv
news Image
2014.07.01
22:33
| A A A
Mədə problemlərinə alma şirəsi

Əgər həftə ərzində iki-üç dəfə özünüzdə yorğunluq, halsızlıq, baş ağrıları, mədə problemləri, hər şeyə qıcıqlanma halları hiss edirsinizsə, buna hər hansı bir xəstəliyin başlanması ilə yanaşı, orqanlarınızın zərərli maddələrlə, toksinlərlə yüklənməsi də səbəb ola bilər. Həmçinin üz dərisinin solğunlaşması da bundan xəbər verir.

Belə halların meydana çıxması zamanı orqanizmin təmizlənməsinə ehtiyac duyulur.

Orqanizmin təmizlənməsinin bir çox üsulları var. 

Bəzi mütəxəssislər belə üsullardan biri kimi orqanizmə faydalı içkiləri məsləhət görür. 

Bu içkilər sırasında alma şirəsini xüsusi qeyd etmək olar.

Alma tərkibində olan mineral duzlar sayəsində sidik təmizləyici və qan təmizləyici xüsusiyyəti ilə tanınır. 

- Vitaminlər və mineral duzlar eyni zamanda enerji və təzəlik verir. 

- A vitamininin varlığı tənəffüs yollarını, sinir sistemini, qan damarlarını və dərini sağlam saxlayır. 

- İçindəki kükürd və danın sayəsində dezinfeksiya edicidir və bakteriyalara qarşı qoruyur. 

- Həzmi asanlaşdırdığı kimi ürəyi də gücləndirir ..

Almada olan pektin bağırsaqların fəaliyyətini normallaşdırır ki, bu da toksinlərin orqanizmdən xaric olunmasında mühüm rol oynayır.

Alma şirəsi azkalorili olmaqla yanaşı vitamin və mikroelementlərlə, xüsusilə dəmirlə zəngindir.

Məhz buna görə alma şirəsi digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir. Orqanizmin təmizlənməsi üçün alma sirkəsindən də istifadə etmək olar.

Bunun üçün 3 xörək qaşığı alma sirkəsi 1 litr mineral suya qatılır və sutka ərzində 3-5 dəfəyə qəbul edilir.


Sizin Reklam Yeriniz