Əlaqə Arxiv
news Image
2014.07.02
12:27
| A A A
Microsoft Office istifadəsinə də qadağa gəldi!

Qadağa sözü texnologiya dünyasında istifadə edildiyi zaman ağla ilk gələn ad Çindir və elə görünür ki, bu vəziyyət daha uzun müddət belə davam edəcək. Hələ 2014-cü ilin əvvəlində Windows 8 istifadəsini ölkədə qadağan edən Çin, Microsoftdan bütün qisasını ala bilməsə də bu dəfə Office istifadəsini qadağan edib. CRI-dən yayımlanan hesabata görə, Çin hökumətinə bəzi nazirliklər və onların bütün alt təşkilatları, Microsoft Office proqramlarınım istifadəsini qadağan edib.


Movqe.Az xəbər verir ki, Microsoftda Çinin aldığı bu qərar böyük bir zərbə təsiri yaradacağa bənzəyir çünki ölkəyə orijinal Windows məhsulları gətirmək üçün uzun müddətdir davam edən marketinq işi,cəmi bir qərarla aradan qalxmış vəziyyətdədir. Bu vaxt unutmamaq lazımdır ki keçmiş CEO Stiv Ballmer, Çin üzərində istifadə edilən hər 10 Windows kopiyasından doqquzunun pirat olduğunu bildirmiş və dərhal sonra işlər sürətlənmişdi. 

 Əgər Çin qapılarını bu şəkildə bağlı tutmağa davam etsə, firmanın böyük  gəlir qapısı aradan qalxacaq. Digər tərəfdən, Windows Phone əməliyyat sisteminə sahib telefonlar ölkədə satılmaqdadır və bu günə qədər heç bir qadağa ilə qarşılaşmayıb.

Sizin Reklam Yeriniz