Əlaqə Arxiv
news Image
2012.07.05
17:00
| A A A
"iPad" həm kiçilir həm ucuzlaşır
Stiv Cobs bunu heç vaxt istəmirdi, amma "Apple" insanlara mini "iPad" təqdim edəcək. Movqe.Az bildirir ki, "Bloomberg"in xəbərinə görə "Apple" bu il yeni bir "iPad" istifadəçilərə təqdim edir. Ancaq bu "iPad"in digərlərinə nisbətən ən əhəmiyyətli xüsusiyyəti ebatlarında olacaq, çünki 9.7 düym ekranı olan "iPad"lərə görə mini "iPad"in 7 və ya 8 düymlük bir ekranı olacaq.

Ancaq mini "iPad"in yeni "iPad"lərdə olduğu kimi retina ekranı olmayacaq. Cihazın qiyməti isə 399 dollar olan "iPad 2"lər ilə müqayisədə daha ucuz olacaq.

Bəs "iPad"in kiçilməsinin səbəbi nədir?

"Apple"ın kiçik ebatlarda "iPad" istehsal etməsində böyük rəqibi "Google"ın insanlara tanıtdığı və 7 düymlük ekrana sahib "Nexus" planşetlərinin də təsiri var. Bundan əlavə, kiçilən "iPad"in qiyməti da düşəcəyinə görə, "Apple" aşağı qiymətlərlə də rəqabət aparmaq şansı tapacaq.

"Apple"ın mini "iPad"i oktyabr ayında elan edəcəyi iddia edilir.

Stiv Cobs, planşetlərin standart olaraq orta hesabla 10 düymlük bir ekranının olması lazım olduğunu müdafiə edib. Bu səbəblə həyatı boyunca kiçik bir "iPad"e rast gəlmədik. Ancaq davam edən rəqabət "Apple"a Cobsdan sonra  mini "iPad"i də istehsal etdirə bilər.

Sizin Reklam Yeriniz