Əlaqə Arxiv
news Image
2012.07.06
12:31
| A A A
Kosmosda baş verən sirli hadisələr

Movqe.az "Daily mail"ə istinadən xəbər verir ki, elm adamları indiyə qədər aşkarlanmamış bir hadisəni müşahidə edib. Yer kürəsindən 450 işıq ili uzaqlıqda, günəşə bənzəyən bir ulduzun ətrafında trilyon kilometr sahəsi olan və içərisində planetlərin də olduğu güman edilən nəhəng toz halqası 2 il yarım olar ki, gözdən itib. Halqa təxminən 10 milyon il orada olub. "Nature" jurnalında nəşr olunan araşdırmanın nəticələrinə görə NASA teleskopları tərəfindən ilk dəfə 1983-cü ildə "Erboğa" ulduzunda kəşf edilən "TYC 8241 2652" adlı ulduz yenicə meydana gəlməkdə olan və ya meydana gəlməsini tamamlamış qayalıq planetlərin də iştirak etdiyi nəhəng bir toz halqasıyla əhatələnib. Bu halqanın genişliyi Günəş və Merkuri arasındakı məsafəyə bərabərdir. Məlumatları araşdıran səma cisimləri mütəxəssisi olan  Ben Zukerman, "Toz kütləsinin bu qədər tez hara getdiyini bilmirik. Kəşf günəş sistemlərinin və planetlərin meydana gəlməsi prosesində fikirlərimizi yenidən gözdən keçirməmiz lazım olduğunu göstərə bilər "şərhini verib.




Sizin Reklam Yeriniz