Əlaqə Arxiv
news Image
2014.07.15
08:05
| A A A
Nyuton və Kainatın sirləri

Ənənəvi olaraq İsaak Nyutonu (1643-1727) klassik fizikannn yaradıcısı hesab edirlər. Bilirsinizmi, bu gün adı Ümumdünya cazibə qanununun kəşfi ilə bütün dünyada məşhur olan böyük alim "aşağı silkdən" olub və yalnız möcüzə nəticəsində universitet təhsili alıb və fizikadan başqa əl-kimya ilə də maraqlanıb?

Gələcək alim yoxsul fermer ailəsində doğulub və subsayzer (təhsil almaq imkanı əldə etmək üçün təhsil müəssisələrində xidmət edən aztəminatlı tələbələri belə adalnadırıblar) kimi Kembric Universiteti yanında Triniti-kollecə qəbul edilib. 1665-ci ildə Nyuton bakalavr dərəcəsi üzrə imtahan verib, 1669-cu ildə universitetdə fizika-riyaziyyat kafedrasına rəhbərlik edib... 1687-ci ildə onun məşhur "Təbii fəlsəfənin riyazi başlanğıcı" traktatı işıq üzü görüb.

Bu fundamental əsərdə Ümumdünya cazibə qanunu və nəticədə klassik mexanikanın əsasını təşkil edən hərəkətin üç qanununun qısa xülasəsi verilib. Eyni zamanda Nyuton Kainatın sirrinə aydınlıq gətirib.

Əsərin yaranma tarixi isə belədir: 1682-ci ildə ingilis fiziki, astronomu və riyaziyyatçısı Edmond Halley sonradan Halley adlandırılmış kometin uçuşu ilə əlaqədar olaraq və ictimaiyyətin "səma mexanikası"na marağını nəzərə alaraq Nyutona "hərəkətin ümumi nəzəriyyəsi" üzrə elmi iş dərc etdirməyi təklif edib. Amma o vaxt alim ona "yox" cavabı verib, çünki Nyutonu elmi əsərlər yazmaqdan daha çox praktiki tədqiqatlar maraqlandırıb. Buna baxmayaraq, 1684-cü ilin noyabrında Halley hər halda onu öz kəşfini yazmağa və dərc etdirməyə inandıra bilib.

Əvvəlcə kəşf "De motu" ("Hərəkət haqqında") adlanddırılıb. Nyuton onun üzərində iki il- 1684-1686-cı illərdə işləyib. Əsərin ilkin nəşrini London Kral Cəmiyyətinin həyata keçirəcəyi güman edilsə də, son məqamda məlum olub ki, onun maliyyə vəsaiti yoxdur və belə olan təqdirdə Halley öz pulu ilə Nyutonun əsərini nəşr etdirib. Və alim planetlərin, Ayın və peyklərin müşahidə məlumatlarından istifadə edərək cazibə qanunu kəşf edib.

Kəfgirlə təcrübələr ona cazibə qüvvəsinin (çəki) kütləyə mütənasib olduğu qənaətinə gəlməkdə kömək edib. Nyuton güman edirdi ki, bu qanunu səma cismlərinin hərəkətinə də şamil etmək olar.

Sözügedən əsər dünya elm cəmiyyətində çox böyük rezonansa səbəb olub. Nyutonun əsəri müsbət fikirlərlə yanaşı, çoxlu tənqidi rəylərlə də üz-üzə qaldı. Xüsusilə daha çox cazibə konsepsiyası tənqid olunurdu. Çoxlarına obyektlərin birbaşa təmas olmadan (məsələn, yerə düşən alma, kometlərin yerə düşməsi və ya Aydakı qabarmalar kimi) bir-birinə tərəf hansı yolla cəzb edilməsi aydın deyildi.

Ümumdünya cazibə qanununu o dövrün Lebnis, Hügens, Bernulli və Kassini kimi elm dahiləri qəbul etməyiblər, onlar planetlərin hərəkətini və cisimlərin hərəkətini maqnetizm və ya digər təzahürlərlə izah ediblər. Yalnız sonralar Eynşteynin nisbilik nəzəriyyəsi kəşf edilən vaxt Nyutonun ixtiraları da klassik fizikada öz yerini tutdu.

Nyuton elmi axtarışlarla yanaşı, bu gün "yalançı elm" adlandırılan işlərlə də məşğul olub. O, xüsusilə əl-kimya və astrologiya ilə maraqlanıb. 2005-ci ildə London Kral Cəmiyyəti kitabxanasının kataloqlaşdırılması prosesində bu mövzu ilə bağlı Nyutonun qeydlərinin yer aldığı manuskript-qədim əl yazısı aşkar edilib. 22 səhifəlik bu əl yazısı 1936-cı ildə "Sotbi" hərrac evində 15 funt sterlinqə satılandan sonra itirilmiş hesab edilirdi.

Mətnin böyük hissəsi keçmiş əl-kimyaçıların işlərinə həsr edilmiş qeydlərdir. Alim bir neçə səhifədə öz fikirlərini bildirib. Görünür, onu qurğuşunun qızıla çevrilmısi və homunkulislərin- süni məxluqların yaradılması həddən çox maraqlandırıb.

Burada çətinlik ondadır ki, ingilis dilində yazılmasına baxmayaraq, yazıların məzmunu çox anlaşılmazdır. Qeyd edək ki, "əl-kimyaçılar öz aralarında gizli dil, tam rəmzlər və kodlardan istifadə ediblər. Onlar bu yolla bu işə aid olmayan heç bir adamın onların eksperimentlərini təkrar edə bilməməsinə nail olmaq istəyiblər"- Kral Cəmiyyətinin mətbuat katibi Tim Uotson şərh edib.

Nyutonun özü də əl-kimya təcrübələri keçirdiyinə görə, həmçinin geniş elmi biliklərə və təcrübəyə sahib olaraq müəyyən nəticələr əldə edə bilərdi (təbii ki, əgər əl-kimyada hansısa nəticə qazanmaq mümkünsə). Amma gizli elmlər hamı üçün deyildir və buna görə də alimin öz tədqiqatları barədə açıq şəkildə danışmaq istəməməsində təəccüblü heç nə yoxdur.

Bu traktatı, bir növ, məşhur "Təbii fəlsəfənin riyazi başlanğıcı" əsərinə əlavə hesab etmək olar. Əgər sonuncu əsər klassik fizikanın əsaslarını izah edirdisə, müəmmalı manuskript məişət qanunlarının gizli tərəflərini ortaya qoyur.

Sizin Reklam Yeriniz