Əlaqə Arxiv
news Image
2014.07.16
08:21
| A A A
Qızına krallıq hədiyyə etdi

Amerikanın Virciniya ştatından olan üç uşaq atası şahzadə olmağı arzulayan yeddi yaşlı qızına "krallıq"- Misir və Sudan arasındakı kiçik ərazini hədiyyə edib.

"Bir dəfə qışda biz Emiliya ilə oynyırdıq, o, tez-tez şahzadələrdən danışırdı. Və birdən o, məndən ciddi olaraq, nə vaxtsa şahzadə olub-olmayacağını soruşdu. Mən "bəli" cavabı verdim"- amerkalı bildirib.

Nə Sudanın, nə də Misirin heç vaxt iddia etmədiyi qıza hədiyyə edilən ərazinin sahəsi 1300 kv.m-ə yaxındır. Bu, Lüksemburqun ərazisinin təqribən yarısı qədərdir.

Indi bu ərazidə amerikalının uşaqlarının uydurduqları və hazırladıqları bayraq quraşdırılıb.

Atanın sözlərinə görə, krallıq bədəvi ərəblərin köç etdikləri susuz səhradır. Əhalisi, demək olar ki, sıfıra bərabərdir. Bu cür hədiyyənin "şahzadə"nin atasına neçəyə başa gəldiyi barədə isə məlumat verilmir.




Sizin Reklam Yeriniz