Əlaqə Arxiv
news Image
2014.07.16
08:56
| A A A
Görünməyən material hazırlanıb

Bu yaxınlarda ingiltərəli alimlər tərəfindən innovasiyalı kəşf edilib. Onlar insanın görə bilmədiyi qara material hazırlaya biliblər. Ekspertlər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, material o qədər tünd qara rəngdədir ki, sadəcə olaraq, aydın görünə bilmir.

Qara rəngin nadir çaları işıq şüalarının 0,035 faizini uda bilən çox kiçik ölçülü boruşəkilli kömür elementlərdən ibarətdir. Bu haqda məlumat rəsmi mənbəyə istinad edilməklə dünən KİV-də yayılıb.

Yeni material "Vantablack" adlandırılıb və alimlərin bildirdiyinə görə, kosmosdakı qara dəliyə çox oxşayır. Hələlik qeyri-rəsmi olan bəzi fərziyyələrə bildirilir ki, ondan astronomiya və silahlanma sahəsində istifadə olunacaq.


Sizin Reklam Yeriniz