Əlaqə Arxiv
news Image
2014.07.17
08:13
| A A A
Bizim doğulma şansımız sıfıra bərabərdir

Bu yaxınlarda alim Mel Robbins Ted Talk konfransında bəyan edib ki, hər bir konkret fərdin dünyaya gəlmə ehtimalı təqribən 1:400 trilyon nisbətindədir.

Eyni zamanda bununla bağlı elə həmin konfransın başqa bir iştirakçısı Əli Binəzir də tədqiqat keçirib. O, statistikanı sıfıra qədər hesablayıb...

Doktor Binəzir, sadəcə, psixoloq deyil. O, Harvard Universitetində təhsil alıb, sonra Kaliforniya Universitetində tibb üzrə dərəcəyə layiq görülüb və nəhayət, Kembricdə kurs dinləyicisi olub.

Binəzir ilkin olaraq, gələcək uşağın valideynlərinin görüşmə ehtimalını hesablayıb. Bu zaman o, dünyadakı kişi və qadınların ümumi sayını, həmçinin 25 yaşa qədər (statistika üzrə məhz bu dövrdə nikaha daxil olur və dünyaya uşaq gətirirlər) görüşə biləcək gələcək valideynlərin əks cinsə mənsub nümayəndələrinin sayını nəzərə alıb. Bundan sonra o, kişi və qadının bir-biri ilə təkrar görüş istəklərini, onlarda münasibətlərin yaranması və nəhayət, konkret spermatozoidin konkret cinsiyyət hüceyrəsi ilə birləşərək yeni həyat formalaşdırması ehtimalını hesablayıb. Eyni zamanda o, həmin adamın bütün əcdadlarının uşaq sahibi olması şanslarını da nəzərə alıb.

Alimin gəldiyi nəticə paradoksal olub: "İnsanın həyata gəlmə şansı sıfıra yaxındır". "Təsəvvür edin ki, iki milyon insan zərlə oynayır. Onlar trilyon küncü olan zərlə oynayırlar. Onların hamısı eyni vaxtda zəri atırlar və hamıya eyni rəqəm düşür"- tədqiqatçı bildirib.

Binəzir analogiya aparmaq üçün budda təliminə müraciət edib: "Okeanda, haradasa, xilasedici halqa atılıb. Okeanda su altında üzən yalnız bir tısbağa yaşayır. Insanın mövcud olma ehtimalı da bu tısbağanın suyun səthinə üzərək ilk cəhddən bu xilasedici halqaya toxunması kimidir".

Bu metaforanın dəqiqliyini yoxlamaq qərarına gələrək Binəzir bütün yer okeanlarının su səthinin sahəsini xilasedici halqanın ölçüsü ilə müqayisə edib.

O, bu qənaətə gəlib ki, tısbağanın xilasedici halqa ilə toqquşmaq ehtimalı 1:700 milyard nisbətindədir.

Beləliklə, bizim doğulma şansımız genlərin təsadüfi qarışmasının nəticəsidir. Bu yolla, deyək ki, çox gözəl insanların və ya dahilərin "alınması" da təəccüblüdür.

"Möcüzələr baş verdiyinə görə bunun tam qeyri-adi olmasını təsdiq etmək olmaz. Bu nümunə ilə mən göstərmək istəmişəm ki, insan möcüzədir. Buna görə də siz hiss edin və özünüzü elə aparın ki, sanki, siz möcüzəsiniz, bu, belə də vardır"- Əli Binəzir bildirib.

Buna baxmayaraq, daha dərinliyə varsaq, müəyyən etmək olar ki, insanlar o qədər də unikal deyillər. Belə ki, mühəndis-fizik Derek Müller bizim üçün adi olan ikili hesablama sistemi vasitəsilə insan genomunda olan informasiyanın sayını hesablayıb. Məlum olub ki, bizim orqanizmimizin hər bir hüceyrəsində 1,5 Gb genetik informasiya vardır.

Orqanizmdə təqribən 40 trilyon hüceyrə olduğunu nəzərə alaraq demək olar ki, ümumi informasiyanın həcmi 60 zettabayt təşkil edir. Eyni zamanda bütün insanlarda genetik materialın 99,9 faizi üst-üstə düşür və yalnız gen informasiyasının mində biri unikaldır.

Sonra, bəşəriyyət, hər halda, nəslin artırılmasına o qədər də qayğısız yanaşmır. Hələ qədim zamanlardan nikah birlikləri qəbilə və silk üstünlükləri əsasında yaradılıb, həmçinin nikah üzrə potensial partnyor irsiyyəti, onun sağlamlığının fiziki xüsusiyyətləri və digər keyfiyyətlər də nəzərə alınıb.

Çoxsaylı elmi araşdırmalar göstərir ki, biz şüuraltı olaraq sağlam və mükəmməl nəsil verə bilən partnyorları seçirik.

Kolorado Universitetindən olan tədqiqatçılar isə müəyyən ediblər ki, insan özünə oxşar genotipli kişi və qadın seçməyə meyllidir.

Alimlər müxtəlif fərdlərin genomlarında birnukleotidli polimorfozları öyrənərək müəyyən ediblər ki, uzun müddət cütlük kimi yaşayan iki insanın DNT-sində bir-biri ilə qohumluğu və nikah münasibətləri olmayan təsadüfi götürülmüş iki insana nisbətən daha çox oxşarlıq olur.

"Yaxşı məlumdur ki, ər-arvad bir-birinə, məsələn, təhsilin səviyyəsi nöqteyi-nəzərindən oxşar olurlar. Ər-arvad arasındakı genetik oxşarlıq hələ az öyrənilib"-tədqiqat müəlliflərindən biri Bencamin Dominqe izah edib.

Ümumiyyətlə, partnyor seçimini daraldaraq, biz öz uşaqlarımızın müəyyən xüsusiyyətlərlə doğulması şanslarını artırırıq. Beləliklə, uşaqlrın dünyaya gəlişi zamanı "təsadüfi oyun" haqqında fikir söyləmək praktikadan daha çox nəzəriyyə deməkdir.

Sizin Reklam Yeriniz