Əlaqə Arxiv
news Image
2014.07.17
08:37
| A A A
İnsanlar nə vaxt yadplanetlilərlə təmasa girəcək?

NASA nümayəndələrindən biri, sabiq amerikalı astronavt Çarlz Bolden bildirib ki, 20 ildən sonra yer sakinləri yadplanetlilərlə təmas yarada biləcəklər. Agentliyin adminstratorlarından biri və Massaçusets İnstitutunun professoru xanım Sara Ziger sabiq astronavtın sözlərini təsdiq edib və bildirib ki, təmas yaxın vaxtlarda yaradılacaq, lakin Günəş sistemində yox, onun hüdudlarından kənarda.


Mütəxəssislər bunu hər beşinci ulduzun ətrafında həyat üçün yararlı olan, ən azı, bir planetin dövr etməsi ilə izah edir. Beləliklə, bizim Yerə bənzər planetlərin sayı təkcə Süd yolunda bir neçə on miyarda yaxın ola bilər. Bununla belə hələlik biz onlardan çoxunu görə bilmirik, çünki onlar bizim planetdən çox uzaq məsafədə yerləşir. "Gələcəkdə isə Kainatın tədqiqi səviyyəsi tam yeni səviyyəyə çatacaq və astronomlar deyə biləcəklər: bax, məsələn, bu ulduzun yaxınlığında Yer kimi planet vardır"- HASA-da hesab edirlər.

Yaxın bir neçə ildə başqa canlı məxluqlardan gələn siqnalların axtarışı milyardlarla rabitə kanalları üzrə olacaq. Əgər Yerdən başqa, heç olmasa, bir planetdə həyat varsa, bu məxluqların inkişaf səviyyəsi Yerdəki inkişafa bərabərdirsə və ya ondan yüksəkdirsə, onlar bizim mütəxəssislərdən gedən siqnalları ala biləcək və bəlkə də onlara cavab verə biləcəklər.

Əvvəllər alimlər sübut edə bilib ki, yerdənkənar şüur, az da olsa, Yerdəki şüuru xatırladır. Iş ondadır ki, həyat 20 amin turşusu əsasında yarana bilər və bu üzvi birləşmələrin kombinasiyalarının sayının çox olmasına baxmayaraq, o, hər halda, məhduddur. Demək, başqa planetlərdə məskunlaşan yadplanetlilərin insanlarla böyük oxşarlıq ehtimalı vardır.

Sizin Reklam Yeriniz