Əlaqə Arxiv
news Image
2014.07.18
08:23
| A A A
Qurd-mutant bəşəriyyəti alkoqolizmdən müalicə edəcək

Bu yaxınlarda amerikalı tədqiqatçılar tərəfindən alkoqolun təsir etmədiyi xüsusi qurd növü yetişdirilib. Alimlər bu kəşfdən sonra bildiriblər ki, yaxın vaxtlarda öz güclərini insanın alkoqolozmdən müalicə olunmasına kömək edən unikal tibbi preparatın hazırlanmasına yönəldə biləcəklər.

Alimlərin fikrincə, hazırlanacaq dərman preparatından orqanizmin zəhərlənməsinin minimuma endirilməsi və müvafiq olaraq alkoqol asılıllığının azaldılması üçün istifadə etmək olar.

Alimlərə bu əsaslı qənaətə gəlməkdə qurdlara orqanizmin hüceyrələrinin alkoqolla əlaqəsinə cavabdeh olan modifikasiya olunmuş qeyri-adi zülalın köçürülməsi üzrə keçirilən eksperiment kömək edib.

Yuxarıda qeyd edildiyi kimi, alimlər gələcəkdə bu fakt üzrə gəmiricilər üzərində bir sıra yeni tədqiqatlar aparmağı planlaşdırırlar.


Sizin Reklam Yeriniz