Əlaqə Arxiv
news Image
2014.07.21
15:45
| A A A
Güclü sümüklər üçün faydalı qidalar

D vitamini və kalsium sümükləri gücləndirməyə kömək edir. İnsan yaşa dolduqda bədənin ehtiyac duyduğu bəzi elementlərin nisbəti artır. 

Məlumata görə güclü sümüklər üçün lazım olan kalsium və D vitamini 50 yaşına qədər 1000mg/200, 50 yaşından sonra 1200 mg/600 nisbətində dəyişir.

Bu baxımdan qida rasionunda bunlar nəzərə alınmalı, sümük inkişafına və güclənməsinə təsir göstərən qidalardan istifadə edilməlidir.

Süd və süd məhsulları (qatıq, süd, pendir və s.), sardina balığı, yumurta, ispanaq sümüklərin güclü olmasına təsir göstərir. 


Qatıq

Süd və süd məhsulları arasında qatıqdan istifadə sümüklər üçün faydalıdır. Bu məhsulların tərkibində D vitamini və kalsium var.

Qatıqdan istifadə edənlər yaşıl yarpaqlı tərəvəzləri seçim edə bilər. 


Süd

Məlumata görə bir stəkan süd içmək gündəlik D vitamini ehtiyacının 13%-ni qarşılayır. Eyni zamanda tərkibində olan kalsium süd dişlərinə yaxşı təsir göstərir.


Pendir

Çedar pendiri gündəlik kalsium ehtiyacının 30%-ni qarşılayırmış. Başqa pendir növlərində həm kalsium, həm də D vitamini var.


İspanaq

İspanaq sümüklər üçün olduqca faydalıdır. Gündəlik kalsium ehtiyacının 25%-ni qarşılayır. Tərkibindəki dəmir, fol turşusu və A vitamini bədəni qidalandırır.


Sardina

Digər balıq növlərinə nisbətən sardina balığında yüksək miqdarda D vitamini və kalsium var.


Yumurta

Gündəlik D vitamini ehtiyacının 6%-ni qarşılayan yumurta sümükləri gücləndirməyin asan həlli hesab olunur.

Sizin Reklam Yeriniz