Əlaqə Arxiv
news Image
2014.07.23
08:28
| A A A
Xərçəng və kötük hüceyrələri arasında əlaqə aşkar edilib

Tibb sahəsində fəaliyyət göstərən elmi ekspertlər qocalma prosesi, xərçəng xəstəliyi və kötük hüceyrəsi arasında əlaqə tapa biliblər. Məlum olub ki, insan orqanizmində regenerasiya olunmaq qabiliyyəti nə qədər pisdirsə, onkoloji xəstəliklərin inkişaf şansı da bir o qədər az olur.

Alimlər o qədər də çətin olmayan tədqiqatlar nəticəsində kötük hüceyrəsi və xərçəng xəstəliyi arasında əlaqəni müəyyən ediblər. Bunun üçün onlar yaşlı adamın orqanizmindəki regenerasiyaya və iliyin bərpa olunmasına cavabdeh olan sox4 genini tədqiq ediblər.

Alimlər tərəfindən həmçinin müəyyən edilib ki, vaxt keçdikcə bu maddənin miqdarı azalır və bununla da onun regenerasiyanı bərpaedici qabiliyyəti zəifləyir. Bundan başqa, ekspertlər aşkar ediblər ki, bu funksiyanın iş qabiliyyəti nə qədər azdırsa, müvafiq olaraq, orqanizmdə onkoloji hüceyrələrin yaranma faizi də az olur.

Sizin Reklam Yeriniz