Xəstələnib bu vəziyyətə düşdü - FOTOLAR
Movqe.Az bildirir ki, İngilis
"bodybuilding" (əzələ şişirtmə) komandasının çempion idmançısı Rene
Kampbell boşandıqdan sonra əzələ şişirtməklə maraqlandığına görə bu
hala gəlib. 35 yaşlı Kampbell 'bigoreksiya' xəstəsi olduğunu
etiraf edir. Özünü kök hiss edib həddindən artıq zəifləyən
anoreksiya xəstələrinin əksinə olaraq, bigoreksiya xəstələri nə
qədər əzələli olsalar da əsla bununla kifayətlənmirlər. 85 kilo
olan Kampbell 125 kilo olana qədər əzələ yığmağı istəyir.
Kampbell deyir ki, "İdman zalında kişiləri görəndə, mənim
də elə geniş əzələlərimin olmasını istəyirəm. Yunan Allahının
görünüşü xoşuma gəlir."