Əlaqə Arxiv
news Image
2014.07.24
08:39
| A A A
Tərəvəz yetişdirməkdə ən effektiv üsul kəşf edilib

Kaşiva şəhərində (Yaponiya) gündə 10 min kola qədər kahı məhsulu yetişdirən kiçik istixananın açılışından heç bir ay da keçməyib. Bu cür nəticəyə fizioloq Şigeharu Şimamura sahəsi təqribən yarım futbol meydanı qədər olan nəzarətsiz qalmış ərazini 17,5 min ədəd bənövşəyi rəngli lampa ilə təchiz edərək (bu, tərəvəzin böyüməsini 2,5 dəfə sürətləndirib) nail olub.

Kahı yeni nəsl istixanada 16 yaruslu rəflərdə yığcam şəkildə böyüyür və istixanaya xidmət üçün bir neçə adam tələb olunur. Istixananın effektivliyi ondadır ki, bir porsiya kahının yetişdirilməsi üçün açıq torpaqda ona verilən suya nisbətən 100 dəfə az su sərf olunur.

Bu cür istixana layihəsi ideyası Şigeharu Şimamura 2011-ci ildə Miyaqi prefekturasında sunaminin nəticələrini aradan qaldırmaqda kömək edən zaman yaranıb. Evə qayıdan vaxt o, təbii fəlakətlər zamanı insanların qidasız qalmaması üçün tərəvəz yetişdirməkdə etibarlı və zəlzələyə davamlı sürətli üsul hazırlamağa başlayıb. Və kahı ilə olan eksperiment göstərib ki, bu, mümkündür. Indi alimlər digər tərəvəzləri dünyanın ən effektiv istixanasında yetişdirməyə çalışacaqlar.


Sizin Reklam Yeriniz