Əlaqə Arxiv
news Image
2014.07.24
17:10
| A A A
Unutqanlığa qarşı yaşıl çay

İşlərin çoxluğu, depressiya halları, müxtəlif problemlər unutqanlıq yaradır. 

Müasir dövrümüzdə unutqanlığın həll üsulları çoxdur. Çoxlarının bildiyi ən vacib üsul düzgün qoyulmuş diaqnozla uyğun müalicədir. Lakin, sadə üsullar da var. Onlardan biri yaşıl çaydan istifadədir. 

Edilən tədqiqatlar yaşıl çayın unutqanlığa, beyin funksiyalarındakı pozuqluğa təsirli olduğunu göstərib. 

Yaşıl yarpaqlı bitkilərdə olan antioksidantlar, A və C vitaminləri, dəmir və kalsium kimi yaddaşı qüvvətləndirən komponentlərin yaşıl çayda olduğu bildirilir. 

Yaşıl çayda olan antioksidantlar nevrodegeneratif (sinir hüceyrələrində köhnəlmə) narahatlıqların qarşısını almaqda əhəmiyyətli hesab olunur.

Buna görə yaddaş problemləri yaşayanlar istəyə uyğun gündə 1 stəkan yaşıl çay içə bilərlər.

Sizin Reklam Yeriniz