Əlaqə Arxiv
news Image
2014.07.30
14:08
| A A A
Tarixin ən böyük üzköçürmə əməliyyatı edildi - FOTOLAR

Bu şəkillər müasir tibbin möcüzəsinin əyani sübutudur. Movqe.Az xarici mətbuata istinadən xəbər verir ki, bu şəxsin adı Riçard Li Norrisdir. 1997-ci ildə anasıyla etdiyi mübahisə nəticəsində ov tüfəngindən üzünə atəş açan Norrisin bütün həyatı dəyişmişdi. 22 yaşında dilini, çənəsini və dişlərini itirən Riçard 50 faiz şansla sağ qala bilib. 17 il sonra həkimlər ona tarixin ən böyük üz köçürmə əməliyyatını edib. Meriland tibb mərkəzinin həkimi Eduardo Rodriqez 36 saatlıq əməliyyatdan sonra Norrisə yeni həyat bağışlayıb. Hazırda 39 yaşında olan Riçard anasıyla birlikdə Virciniya əyalətində yaşayır. 17 il sonra ümidləri gerçəkləşən Norris yaşadığı çətin günləri cəhənnəmə bənzədib. "GQ" jurnalının üz qabığına şəkil çəkdirən Norris, müsahibəsində belə deyib: "Bir damcı ümid okean yaradırsa, bir vedrə inam bütün dünyanı dəyişir". 





Sizin Reklam Yeriniz