Əlaqə Arxiv
news Image
2014.07.31
16:17
| A A A
Çılpaqlığı adi qarşılayan xalq

"Expedia" adlı internet səyahət agentliyinin 24 fərqli ölkədən 11 min 165 nəfərin verdiyi məlumatlara əsaslanaraq etdiyi sorğuda, Almanlar açıq-saçıqlıqlarına görə birinci olub. Almanların təxminən üçdə birinin  (28 faizinin ) ən az bir dəfə çılpaq olaraq dənizə girdiyi və günəş vannası qəbul etdiyi , çılpaqlığı dünya daxilində ən az problem sayan ölkənin Almaniya olduğu qeyd edilib. 


Movqe.Az xəbər verir ki, çılpaqlığı problem hesab etməyən başqa ölkə isə Avstriyadır. Expedia"ın məlumatlarına görə, Avstriyalılar çılpaqlıq mövzusunda Almanlarla mübarizə aparır. 


Almanların çılpaqlıq mövzusunda bu qədər rahat olmalarında 60-cı illərin sonunda ortaya çıxan hippi ənənəsi, Şərqi Almaniyada çılpaqlığın normal qəbul edilməsi və 80-ci və 90-cı illərdə sürətlə yayılan fitness çılğınlığı və insanların fit bədənlərini nümayiş etmə  meyli göstərilir

Sizin Reklam Yeriniz