Avropanın ən hündür binasının açılışı olub
Movqe.Az xəbər verir
ki,Avropanın ən hündür binasının açılışı olub. London sakinləri
" The Shard " binasının açılışını küçələrdə seyr ediblər.
Avropanın ən hündür binasının açılışını prins Endryu edib. Rəsmi
açılış isə
möhtəşəm lazer şousu
və London Filarmonik Orkestrı müşayəti altında baş tutub.
Binanın hündürlüyü 310 metrdir. " The Shard " 87
mərtəbədən və 11 000 şüşə paneldən ibarətdir. Fasad örtüyünün
şüşəsinin sahəsi 56 000 kv.m-dir. Bu 8 futbol meydançasına
bərabərdir.