Əlaqə Arxiv
news Image
2014.08.11
22:40
| A A A
Təbii yollarla necə gənc görünək?

Həddindən artıq çəkiyə malik olan adamlarda əlavə olaraq, pis qidalanma vərdişləri varsa onlara detoks etdirmək məsləhət görülmür. Bu səbəbdən, ilk olaraq gündəlik rejimə, sağlam bir qidalanma rasionuna və vitamin istifədəsinə diqqət yetirilməlidir. Detoks sürətli bir şəkildə çəki vermək üçün deyil, daha yaxşı bir həyata özünü hazırlamaq üçün edilməlidir. Ən əhəmiyyətli tövsiyələrdən biri günəşlə çox təmasda olmamaqdır. Qollarınızı, kürək və döş nahiyələrinizi günəşə tutun ki, əskik olan vitamin vücudunuz üçün xeyirli olsun. Həmçinin qiymətli və qidalandırıcı hesab olunan D vitaminini alasınız. Xarici gözəllik, daxili sağlamlıq qədər gözəl olmalıdır.

Bəzi insanların gənc görünmələri üçün çox pul xərclədiyi halda, istək əsasında evdə olan vasitələrdən istifadə edərək təbii yollarla gənc və gözəl görünmək olar. 


Bunun üçün aşağıdakılar etmək məsləhətdir:


Əvəzsiz pilinq

1 yemək qaşığı şəkər 

1 çay qaşığı ekstra zeytun yağı 

Şəkərlə zeytun yağını qarışdırın. Üzünüzə çəkin və bir neçə dəqiqə masaj edin. İlıq su ilə yuyun. Şəkər üzünüzü yumşaldacaq, zeytun yağı isə nəmləndirəcək.


Sıxlaşdırıcı tonik 

1 stəkan gül suyu 

1 çay qaşığı limon suyu 

1 çay qaşığı hamamelis 

5 damla badam yağı 


Dolğunlaşdırıcı və nəmləndirici üz maskası 

2 yemək qaşığı nəmləndirici maska 

1 yumurta ağı 

2 çimdik zəncəfil 

1 çay qaşığı bal


Ərzaqları eyni anda yaxşıca qarışdırın. Qarşığı astca üzünüzə çəkin və qurumasını gözləyin. Badam yağının isə yeni hüceyrələrin yaranmasına səbəb olduğu bildirilir.

Sizin Reklam Yeriniz