Əlaqə Arxiv
news Image
2014.08.13
15:16
| A A A
Ən qəribə, ən maraqlı, ən gülməli peşələr...

Bu peşələr maraqlı və qəribə olduğu qədər də dünyada mövcud olan peşələrdir. Kimisi az, kimisi çox seçilən gülməli peşələri sizə təqdim edirik.

Top yığan -Qolf oynayandan sonra əraziyə düşən bütün topları yığışdırmaqdan ibarətbir peşədir

• İnək pedikürçüsü-Avropanın elitar fermalarında inəklərin dırnaqlarını pedikür edən bir qrup işçi kollektivi mövcuddur.

Mebel sınayan-Bu işə yalnız professional işçilər tələb olunur. Dünyanın ən böyük fabrik və dizayner şirkətləri stol və kitab rəflərini çıxmaq şərtilə çarpayı, stul, kreslo üzərində atılıb düşərək mebelin nə qədər keyfiyyətli və davamlı olduğunu müəyyən edir.

Pinqvinləri ayağa qaldıranlar-qütb stansiyalarının ətrafında yaşayan pinqvinlər səma üzərində uçuş edən vertolyotların səsini eşidər eşitməz səmaya baxırlar. Lakin bildiyimiz kimi pinqvinlərin boynu fırlanmadığından dönmək gərəkərkən adətən arxası üstə yıxılırlar yenidən ayağa qalxmaqları isə mümkün olmur, nəticədə tələf olurlar. Bu səbəbdən həmin əraziyə xüsusi təyinatlı işçilər götürürlər ki, pinqvinlər yıxılan kimi onları ayağa qaldırsınlar.

Qarışqa seleksiyaçısı-Qarışqa fermalarına dəvət alaraq yığılan qarışqaların hansından zəhər (tibbdə istifadə olunur) alınacağını müəyyən edir.

Qoltuq atlı iyləyən-Antipersperant və dezodorant istahsal edən şirkətlərə qoltuq atltı iyləyən işçilər tələb olunur. Demək bu işçi həmin antipersperantı bir qrup insanların qoltuqlarının altına çəkir və həmin gün ərzində məhsulun qoltuqda neçə saat qaldığını və necə təsir etdiyini iyləyərək müəyyən edir.

Beyin çıxaran-Bu ekstravaqant peşə psixiatriya ilə heç də əlaqəli deyil. Sadəcə işçi heyvan öləndən sonra çox səliqəli şəkildə onun kəllə qapağını açaraq beyini oradan səliqə ilə çıxarmalıdır. Bu beyin xüsusi restoranlarda təklif edilir.

Yumurta ayıran-Şirniyyatların hazırlanması üçün xüsusi alətin köməyi ilə yumurtaların sarısının ağından ayıran adam.

Yastıq düzəldən-Bahalı yataq dəsti mebeli satılan mağazalar üçün bu işlə məşğul olan xüsusi işçilər tələb olunur. İşçi sadəcə gün ərzində mağazanı gəzərək əzilmiş yastıq və yorğanları düzəltməlidir.

Prezervativ yoxlayan-Prezervativ istehsal edən şirkətlərin istehsal etdikləri məhsulun davamlı və keyfiyyətli olduğunundan əmin olmaqları heçdə təəccüblü deyil. Belə ki, onlar milyonlarla insanın həyatını qoruyacaq məhsul istehsal edirlər. Buna görədə şirkət təyin olunmuş 1000 "işçi" arasında məhsulu sınaqdan keçirir. Bir məhsulun sınaq müddəti bir ildir.

Oyun əşyaları üzrə ekspert-Bu cür profesional işçilərəən çox kazino məkanı sayılan Las- Vegas və Monte-Karlo şəhərlərində ehtiyac var. İşçi kazino zallarında oyun gedən zaman bütün kart və qəpiklərə nəzarət etməlidir. Həmin işçi kazino oyunları üzrə mütəxəssis olmaqdan əlavə olduqca diqqətli olmalıdır.

Yumurta iyləyən-Çox nadir peşə adlansa da dünyanın bütün bahalı restoranlarında bu peşənin sahibləri var. İşin təsviri mətbəxdə bütün yumurtaları iyləyərək yeməyin və şirniyyatın tərkibinə qatılacaq yumurtanın lax olmamasından əmin olmaqdır.

Cücələrin cinsini müəyyən edən menecer-Səhvsiz olaraq cücənin dünyaya gəlməsindən bir saat sonra cücənin cinsini müəyyən etməlidir. Hesab edirlər ki, quşların qidalanması və qulluq edilməsi bundan asılıdır.

Təyinatlı qohum-Keçən il Çində yalançı qohum-əqrəba təklif edən xüsusi şirkət açılmışdı. Belə ki, toylarda insanların sayının çox olmasını istəyən insanlar bu şirkətdən bir günlük qohum-əqrəba icarəyə götürə bilər. Hətta burada ata-ana rolunu oynayan insanlar da var.

Ayaqyolu tapan-Bu peşə Yaponiyada dövlət qulluğu hesab olunur. Belə ki,Yaponiyada şəhərin mərkəzində bir neçə Gid dayanır ki, ona yaxınlaşıb 4 sent uzadaraq sizi yaxın ərazilərdə yerləşən ayaqyoluya aparmağını rica edə bilərsiniz.

Növbə saxlayan-Müxtəlif yerlərdə növbə saxlamaq üçün xüsusi şirkətlərə zəng vurararaq növbədə durmaq üçün bir şəxsi yollamağı rica edirsiniz. Və həmin ünvana gedən insan sizin yerinizə növbədə dayanır, nəticə əldə etmək üçün lazım gələrsə dalaşıb-savaşır da. Xidmətin saatı 40 dollardır.

Sizin Reklam Yeriniz