Əlaqə Arxiv
news Image
2014.08.15
14:21
| A A A
Qadın sürücülər üçün xüsusi yol salınacaq - FOTO

İngiltərənin "Sheilas 'wheels" sığorta şirkəti, xüsusilə qadın sürücülər üçün təşkil ediləcək ayrı yol zolağı salınması təklifini edib. Movqe.Az xəbər verir ki, şirkət nümayəndələri həmçinin,  yol xəttlərini çəhrayı rəngdə boyama və xüsusi işarələr istifadə etməyin faydalı olacağına inandıqlarını bildirib.  Təklifi təqdim edən mütəxəssislərə görə, sözügedən  tədbirlərlə yollarda yaşanan qəzalar azalacaq və kişi ilə qadın sürücülər arasında çıxan problemlərin qarşısı alınacaq. 

İngiltərədə layihənin həyata keçirilməsi təxminən 880 milyon sterlinq  tutacağı düşünülür. Xüsusi zolaqlar həftə sonu və bayramlarda hamıya açıq olacaq. 


2005-ci ildə qurulan "Sheilas 'wheel" şirkəti, xüsusilə qadın sürücülərə yönəlib. Şirkət, vasitələrdən oğurlanan çantalar üçün qadınlara təzminat təklif edir. 2008-ci ildə qadınlara xüsusi mənzil sığortası təklif edən şirkət 2010-ci ildə isə qadın səyyahlar üçün sığorta tətbiqi başladıb. "Sheilas 'wheels", şirkət rəngi olaraq bənövşəyini seçib.

Sizin Reklam Yeriniz