Əlaqə Arxiv
news Image
2012.07.11
15:07
| A A A
"Facebookun" depresiya ilə əlaqəsi yoxdur
Sosial şəbəkə saytı "Facebook"da keçirilən zamanın depresiya ilə əlaqəli ola bilməyəcəyi söylənilib. Movqe.Az bildirir ki, ABŞ-ın "Wisconsin" Universitetinin Tibb fakültəsindən olan Lauren Jelençik və qrupu, "Facebook" və digər sosial şəbəkələrin istifadəsinin depresiya riskini artırmayacağını bildirib. Jelençik araşdırmanın sosial şəbəkələrin istifadəsi və depressiya riski ilə əlaqəli olması ilə bağlı iddialara ilk dəfə elmi dəlil gətirdiyini açıqlayıb.

Tədqiqatçılar bundan əlavə, yalnız "Facebook"un deyil, elektron poçt və ya virtual söhbət kimi internet vasitəsilə digər rabitə üsullarının istifadəsinin depresiya ilə əlaqəli ola bilməyəcəyini də vurgulayıblar. Gənclərin sağlamlığı ilə əlaqədar "Le Journal" jurnalında nəşr olunan araşdırmaya vaxtının yarısını internetdə keçirən 18-23 yaşlarında olan 190 gənc qatılıb.

Sizin Reklam Yeriniz