Əlaqə Arxiv
news Image
2014.08.21
12:18
| A A A
"Sony"dən daha bir su keçirməz telefon!

Sony, "Xperia M2 Aqua"nı tanıdıb. M2 Aqua sizə tanış gələ bilər, çünki iki ay əvvəl araşdırdığımız Xperia M2-in eynisinin, su keçirməyən xüsusiyyətli modelidir. Orta səviyyə bir telefon olan M2-in sus keçirməz yeni versiyası M2 Aqua, 1.5 metr dərinliyə qədər suda bata bilir və 30 dəqiqə suda qala bilir. Telefon, toz keçirməyən xüsusiyyətinə də maliikdir.


Movqe.Az xəbər verir ki, Sony Xperia M2 Aqua, 1.2GHz dörd nüvəli prosessor, 1GB RAM ilə gəlir və 4.8 düymlük 540x960 (230 ppi) bir ekrana sahibdir. 8GB-lıq  microSD kart vasitəsilə genişlədilə bilən telefon, su altında istifadə edilə bilən 8 megapiksellik əsas kameraya və 1.1MP-lik ön kameraya sahibdir. Telefonun digər xüsusiyyətləri arasında 2.330mAh batareya, 4G əlaqə dəstəyi və NFC də  var.

Sizin Reklam Yeriniz