Əlaqə Arxiv
news Image
2014.08.29
11:07
| A A A
Samsung nəhayət yeni saatını təqdmi etdi!

Samsung, yeni ağıllı saatı Samsung Gear S-i IFA 2014 fəaliyyətindən əvvəl dünyaya tanıdıb. Android Wear-ın  saatı, Samsungun Tizen əməliyyat sistemini istifadə edir və 3G əlaqəsini dəstəkləyir.   Saatın ekran ölçüsü, genişliyiylə 1.63 düymlük Gear Livesi və Gear 2-i, həmçinin 1.65 düymlük "LG G Watch"ı geridə qoyur. 


Movqe.Az xəbər verir ki, cüt nüvəli 1GHz prosessor, 512MB RAM, 4GB yaddaş, Wi-Fi, Bluetooth 4.1, ürək ritmi sensoru, GPS və 3G əlaqə xüsusiyyətlərinə sahib Samsung Gear S-in ağıllı telefonla asılılığı yoxdur. Gear S, mobil şəbəkələrə qoşula, telefon çağırışı alıb göndərə bilir. 


IP67 su və toz dayanıqlılığı təqdim edən saat, 300mAh batareyasıyla Samsunga görə iki gün batareya ömürü təqdim edir. Bununla birlikdə G Watchın daha kiçik ekranına baxmayaraq 400mAh batareya ilə gəldiyini xatırladaq. 


Qiyməti hələ açıqlanmayan Gear S-in oktyabr ayında dünyanın fərqli bölgələrində bazara çıxarılması gözlənilir.

Sizin Reklam Yeriniz